AVTO

DYP rəisi göstəriş verdi – Sürücülər yol polisinin videosunu çəkə bilər
30 NOYABR 2017
643

DYP rəisi göstəriş verdi – Sürücülər yol polisinin videosunu çəkə bilər

2017-11-30 17:06:00

Rusiyada QİBDD-nin (DYP) rəisi Mixail Çernikov Rusiya vətəndaşlarının yol patrul xidməti inspektorlarını xidmət vaxtı videoya çəkməsinin tam qanuni olması və inspektorların buna mane olmaması barədə rəsmi göstəriş verib. Fins.az xəbər verir ki, rəis hətta bunu şəffaflığın təminatı, yol hərəkəti təhlükəsizliyinin və YPX əməkdaşlarının peşəkarlığının artmasının stimulu hesab edib. Viodeoya çəkmək və polislərin səs yazısının aparılmasına icazə ilə bağlı regional DYP şöbələrinə məktubla çatdırılıb. Bildirilib ki, bunların hamısı, eləcə də vətəndaşların informasiya alması, ötürməsi və yayması Rusiya Federasiyası Konstitusiyasının 29-cu maddəsində əksini tapıb. Bundan başqa, məktubda deyilir ki, video və ya audio yazıya “Fövqəladə hallar haqqında”, “Hərbi vəziyyət haqqında”, “Dövlət sirri haqqında” və “Operativ axtarış faliyyəti haqqında” qanunlarla qadağa qoyula bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254