AVTO

Avtomobildə telefonla danışmaq olarmı?
30 NOYABR 2017
549

Avtomobildə telefonla danışmaq olarmı?

2017-11-30 12:49:00

Adi qaydada yol polisi telefonla danışan sürücü görərsə, dərhal avtomobili saxlayır və cərimə yazır. Bəzi hallarda təkcə əldə telefonla danışarkən deyil, sürücü əlini qulağına apardığı üçün yol polisi onun saxlayıb telefonla danışıb danışmadığı dəqiqləşdirir. Bəs ümumiyyətlə avtomobildə hansı hallarda telefonla danışmaq olar?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Fins.az-a bildirib ki, sürücüyə əldə tutmaqla telefonla danışmaq qanunla qadağandır. Buna görə, İnzibati Xətalar Məcəlləsinin 342.6 maddəsinə əsasən 50 manat cərimə nəzərdə tutulub. Amma sürücü telefonu əldə tutmayaraq qulaqcıqdan, blutuz sistemindən  və digər müxtəlif variantlarda, başqa sözlə əlsiz rejimdə bütün hallarda istifadə edə bilər. Yol polisi bu halda nəinki sürücünü saxlaya, heç irad da bildirə bilməz.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258