AVTO

Ən etibarlı avtomobillərin adları açıqlanıb
27 NOYABR 2017
1450

Ən etibarlı avtomobillərin adları açıqlanıb

2017-11-27 14:20:00
ABŞ-da dərc olunan "Consumer Reports" aylıq jurnalının ekspertləri müxtəlif markalı avtomobillərin etibarlılıq səviyyəsini araşdırıblar və 27 şirkətin daxil olduğu reytinq siyahısı hazırlayıblar. Fins.az xəbər verir ki, siyahının ilk pillələrində Yaponiya istehsalı olan avtomobillər yer alıb. Siyahının lideri "Toyota" olub. Ən az nasazlıq bu markadan olan avtomobillərdə qeydə alınıb. İkinci pillədə "Lexus", üçdə isə "Kia" qərarlaşıb.
İlk onluğa həmçinin Yaponiya markası olan "Subaru", "Infiniti" və "Honda", "Audi" və "BMW" (Hər ikisi Almaniya), "Buick" (ABŞ) və "Hyundai" (Cənubi Koreya) düşüb.
Bundan əlavə, ən problemli avtomobillər də müəyyən edilib. Ekspertlərin sözlərinə görə, birinci yer "Chevrolet Camaro"ya verilib. "Mercedes-Benz GLC" və "Jaguar F-Pace" markalı avtomobillərin sahibləri də problemlərlə üzləşiblər.
 
Siyahıya həmçinin "GMC Acadia", "Fiat 500", "Ford Fiesta" və " Ford Focus", eləcə də, "Volvo XC90", "Cadillac Escalade" və "Tesla Model X" daxil edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258