AVTO

Bu yolda hər gün azı iki maşın xarab olur və tıxac yaranır
27 NOYABR
498

Bu yolda hər gün azı iki maşın xarab olur və tıxac yaranır

2017-11-27 10:13:00

Yol hərəkəti qaydaları sürücülərin üzərinə bir çox tələblər qoyur. Məsələn, avtomobili texniki cəhətdən saz vəziyyətdə saxlamaq, yola çıxmazdan əvvəl avtomobilin sazlığını yoxlamaq və sair. Lakin bəzi sürücülər, xüsusən də yük avtomobilini idarənlər əksər hallarda bu qaydalara əməl etmirlər. Elə buna görə də, yollarda məhz onların məsuliyyətsizliyi ucbatından sıxlıq yaranır.

Bakı-Sumqayıt yolunda belə hallar daha tez-tez təkrar olunur. Avtosfer.az-ın təqdim etdiyi videodan da göründüyü kimi, 90 VN 008 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil hərəkətin intensiz olduğu bir vaxtda “Ekologiya postu”nun yaxınlığında texniki nasazlıq ucbatından yolda qalıb. Yolda həmin avtomobilin sıxlıq yaratdığını görən Baş DYP-nin Ekoloji nəzarət bölüyünün əməkdaşları leytenant Billur İsgenderov və serjant Qulu Ağayev sürücüyə köməyə gəliblər. Onlar nasaz avtomobili itələyərək təhlükəsiz əraziyə çıxarıblar. Sonra isə evakuator çağıraraq maşını oradan kənarlaşdırıblar.

Az sonra yük avtomobili “Şamaxinka” adlanan ərazidəki tunelin girişində xarab olub və düz yolun ortasında qalıb. Nəticədə yolda qısa müddətdə sıxlıq yaranıb. Yenə də “Ekologiya postu”ndan baş leytenant Murad Mustafayev və baş serjant Vadif Şərifov hadisə yerinə gəlib. Onlar avtomobili itələyərək kənar zolağa çıxarandan sonra yolda hərəkət edilib.

Dövlət Yol Polisindən Avtosfer.az-a bildirilib ki, belə hadisələr tez-tez baş verir. Xüsusən də Bakı-Sumqayıt yolunda nasaz avtomobillər gün ərzində bir neçə dəfə yolda sıxlığa səbəb olur. Bəzən DYP əməkdaşları gəlməyənə qədər yolda hərəkət mümkünsüz olur: “Bütün bunları nəzərə alaraq sürücülərə tövsiyyə edirik ki, yola çıxmazdan əvvəl avtonəqliyyat vasitəsinin saz vəziyyətdo olub-olmadığını yoxlasınlar, texnimi cəhətdən nasaz avtomobillərlə yola çıxmasınlar”.

© Avtosfer

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289