AVTO

16 minlik avtomobil Azərbaycana necə 97 minə gəlib çıxır?
22 NOYABR
4828

16 minlik avtomobil Azərbaycana necə 97 minə gəlib çıxır?

2017-11-22 10:58:00

Dəyəri 9500 dollar olan 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri sizi şoka salacaq. VIP Escort MMC-nin direktoru Rəşad Quliyev Fins.az-a bildirib ki, Dövlət Gömrük Komitəsinin elektron kalkulyatorunda apardığı kiçik araşdırma zamanı dəhşətli nəticə əldə olunub. Məlum olub ki, 9500 dollarlıq (16 min manatlıq) 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri 80 min 840 manata başa gəlir. Buraya aşağıdakılar daxildir:

Aksiz vergisi – 59120 manat

Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu – 6775.47 manat

Əməliyyat haqqı - 100 manat

Vəsiqə haqqı 20 manat

ƏDV 14790 manat 13 qəpik

Elektron gömrük xidmətinin göstərilməsinə görə - 30 manat

Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV – 5 manat 40 qəpik

Cəmi: 80840 manat 99 qəpik.

Rəşad Quliyev daha sonra müqayisə üçün yazıb ki, Amerikadan idxal olunan 9500 dollarlıq avtomobilin (yol xərci daxil) Almaniyada idxal gömrük rüsumu 10% + 19% əlavə dəyər vergisi =29%-dir. Bu da təxminən 2755 dollar edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289