AVTO

Avtomobilini bazarda satmaq istəyənlərə – XƏBƏRDARLIQ
17 NOYABR 2017
4675

Avtomobilini bazarda satmaq istəyənlərə – XƏBƏRDARLIQ

2017-11-17 14:23:00
İkinci əl avtomobil bazarında hazırda hər 10 nəfərdən 9-u alverçidi. Bunu Fins.az-a açıqlamasında əmlak üzrə ekspert Vaqif Hesynov deyib. O bildirib buna səbəb son dövrlər ikinci əl avtomobil bazarında alverçilərlə yanaşı “calaqçılar”ın ortaya çıxmasıdır. Eskpert bununla bağlı avtomobilini bazara çıxarmaq istəyənlərə xəbərdarlıq edib. O bildirib ki, bu insanlara tuş gələn avtomobil sahibləri maşını bazar dəyərindən daha ucuz sata bilərlər.
Onun sözlərinə görə, bu vasitəçilər əvvəl alverçi kimi fəaliyyət göstərən, uzun illər bu sahədə təcrübəsi olan, bütün avtomobil alverçilərinin tanıdığı amma hazırda avtomobil alıb-satmaq üçün üçün kifayət qədər vəsaiti olmayan şəxslərdir. Digər versiya isə ondan ibarətdir ki, artıq hansısa maşını alıb üzərinə xərc qoyub onu baha satmaqla qazanc əldə etmək çətinləşib və üstəlik bu əlavə vaxt və stress deməkdir. Bunun əvəzinə  isə avtomobil satışında vasitəçilik etməklə daha asan gəlir əldə etmək olar: “Çünki insanlara psixoloji təsir etməklə daha yaxşı satış etmək təcrübəsi var. 10 min manata satılan maşını, sahibinin əlindən 7 min manata ala bilir”.
Belə ki, “calaqçı”lar hansı alverçinin hansı qiymətə hansı avtomobili axtardığını bilir və bazara daxil olmaq istəyən belə avtomobilləri tapır. Özünü alıcı kimi göstərərək avtomobil sahibini cəlb edir və alverçinin yanına gətirir. Daha sonra növbəti mərhələdə alverçi bazarlıq edir.
O bildirib ki, “calaqçı”lar hər 10 min dollarlıq maşından təxminən 200 dollar qazanırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256