AVTO

Avtomobildə Led, diod və ksenon işıqlar quraşdırmaq olarmı? (Qanun və şəkilli izah)
15 NOYABR
2210

Avtomobildə Led, diod və ksenon işıqlar quraşdırmaq olarmı? (Qanun və şəkilli izah)

2017-11-15 10:17:00

Bu gün bir çox sürücülərin avtomobilində işıqlar düzgün nizamlanmayıb. Düzgün nizamlanmayıb bir yana, hətta kustar üsulla düzəldilmiş işıqlardan belə istifadə edirlər. Bəs qanunla hansı işıqları quraşdırmaq olar ? Şəkillərlə və qanunla izah edirik.

Gəlin ilk olaraq ksenonlardan və dəyişilmiş işıqlardan başlayaq. Bizim gənclərin qəribə Lada 4x4 məhəbbəti var. Və onlar avtomobillərinin başına istənilən oyunu gətirə bilərlər. Avtomobilin başına gətirilən ilk oyun onun işıqlarından başlayır. Lada 4x4-də nəzərdə tutulmayan işıqlar.

Gördüyümüz avtomobildə iki işıq dəyişdirilib. Qabarit işıqları Mercedes G-klasa məxsusdur və diodludur. Qabarit işıqlar isə ağ ksenondur. Burada qanunun bütün müddəaları pozulub. Yol hərəkəti haqqında qanunun 1 saylı əlavəsinin 3-cü hissəsində deyilir:  Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda istismarı qadağan edilir. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.

Bu Lada 4x4-də VAZ şirkətinin nəzərdə tutmadığı işıq tipi (ksenon) istifadə edilib.Həmçinin onun iş rejimi də VAZ şirkətinin müəyyən etdiyi normativə uyğun deyil. Üstəlik istifadə edilən Mercedes G-klass (Galendwagen) işıqları istismardan çıxmış avtomobilə quraşdırlmayıb . LADA 4x4 istehsal edilir və istehsalı dayanmayıb.

Bu avtomobilin arxa fənərləri isə yenə yuxarıda deyilən qanuna uyğun deyil. İstehsalçı belə işıqlar müəyyən etməyib, bu avtomobilin konstruksiyasına uyğun deyil və bu işıqları istehsalçı deyil hansısa kiçik bir sex hazırlayıb. Avtomobilin arxa işıqları ГОСТ  8769-75-ya və ya  BMT AİKQ 48 saylı qərarına uyğun quraşdırılmalıdır.

Bu nəinki Lada 4x4-ə həmçinin digər avtomobillərə də aiddir. Avtomobilinizin konstruksiyasında nəzərdə tutulmayan işıq cihazlarının quraşdırılması qanunla qadağandır. Bəziləri dönmə işıqlarını qırmızı rəngə çevirirlər. Lakin standarda görə ön qabarit ağ və ya reflektor sarı ola bilər, ön yaxın vuran işıq ağ rəng, duman fərnərləri ağ və ya sarı rəngdə ola bilər. Duman işıqlarına ksenon quraşdırmaq QADAĞANDIR! Dönmə işıqları narıncı , arxa dayanma (STOP) işığı qırmızı, arxa işıq qırmızı, arxa duman işığı qırmızı, arxa dönmə işıqları narıncı, arxa hərəkət fənərləri ağ rəngdə olmalıdır. Göstərilmiş rəngləri dəyişdirməyə yol verilmir. Göstərilmiş işıqları istehsalçı tövsiyəsindən kənar dəyişdirmək qanun pozuntusudur.

Mən biləni ksenonlarla hər şey aydındır. İstehsalçı nəzərdə tutmayıbsa olmaz. Bəz gündüz hərəkət fənərləri olan LED və ya diod işıqlarının quraşdırılmasına yol verilirmi? Azərbaycan Respublikasında işıq sistemləri ilə bağlı milli standart qəbul edilmədiyinə görə biz Rusiyada olan ГОСТ Р 41.48-2004 və BMT-nin Avropa İqtisadi Komissiyasının 48 saylı qərarını milli standard kimi qəbul edirik. Bu qaydalara əsasən hər bir avtomobildə gündüz LED və ya diod işıqlar quraşdırıla bilər. Çünki Avropada və Rusiyada artıq gündüz hərəkət fənərləri quraşdırmaq və avtomobili bu işıqlarla təchiz etmək məcburidir.     Gündüz hərəkət fənərləri gündüz zamanı hərəkət edən zaman bütün hərəkət iştirakçılarına görünmək üçündür. Bu işıqlar yolu işıqlandırmaq üçün deyil görünən olmaq üçün nəzərdə tutulub. Bəs onu necə quraşdırmaq olarmı ? LED və ya gündüz hərəkət fənərlərini istənilən avtomobilə quraşdırmağa icazə var. Lakin onu quraşdıran zaman necə gəldi deyil standarda uyğun ölçülərdə quraşdırmaq lazımdır.

Əvvəla gündüz hərəkət işıqları (LED,diod) avtomobilin ön hissəsinin 25 sm-dən 200 sm-ə qədər olan hissəsini tutmalıdır. İşıq gücü isə 400 kc(kilocoul)-dan 1200 kc-a qədər olmalıdır. Gündüz hərəkət işıqlarının sayı 2-dən artıq ola bilməz. Minik və minik-yük avtomobillərinə,yük avtomobillərinə quraşdırmağa icazə var. İki və daha çox oxlu qoşqulara quraşdırmaq qadağandır. 

Gündüz hərəkət fənərlərini bu ölçüdə quraşdırmaq lazımdır :

Avtomobilə gündüz LED və ya diod işıqlarını quraşdıran zaman bu ölçülərə mütləq diqqət etmək lazımdır. Bu ölçülərdən kənar gündüz işıqlarının quraşdırılması qadağandır və avtomobilin istismarını qadağan edən səbəblər siyahısına aiddir. Bunu mütləq əlavə etmək lazımdır ki, əgər avtomobilin qabarit eni 1300 mm təşkil edirsə iki led arasında minimum 600 mm-ik məsafə minimum 400 mm-ə qədər azaldıla bilər. Bu işıqların gemoetrik görünmə bucaqları : Horizontal beta bucağı 20 dərəcə daxilə və xaricə, vertikal alfa bucağı 10 dərəcə yuxarı və aşağı horizontaldan görünməlidir.

Beləliklə avtomobilimizə nəzərdə tutulmayan ksenon və xarici işıq cihazları quraşdıra bilmərik. Amma avtomobilimizə gündüz hərəkət fənərlərini 2-dən artıq olmamaq şərti ilə verilmiş ölçülərə uyğun quraşdırmaq icazəmiz var. Buna isə cərimə yoxdur. Ola bilər DYP inspektoru sizi saxlasın və buna görə irad bildirsin. Azərbaycanda BMT Avropa İqtisadi komissiyasının qərarları ratifikasiya edilib və bu hüquqi cəhətdən qanuna uyğundur. Lakin bir məsələni mütləq demək lazımdır. Diod və ya LED işıqları axşam vaxtı yaxın işıqsız  tək istifadə etmək olmaz !!! Gündüz hərəkət fənərlərinin avtomatik yanmasının söndürülməsi funksiyası mütləq olmalıdır.

Qaydalar əməl edin və hər şey yaxşı olacaq.

© Avtostop.tv

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287