AVTO

103 illik "Peugeot" 7 milyon 260 min dollara satılıb – FOTO
15 NOYABR
101

103 illik "Peugeot" 7 milyon 260 min dollara satılıb – FOTO

2017-11-15 10:01:00

Bonhams hərrac evinin keçirdiyi hərracda dünyada ən bahalı fransız avtomobili olan 1914-ci ilin Peugeot L45 Grand Prix Two-Seater modeli satılıb. İndianapolisdə yarışan klassik yarış avtomobili 7 milyon 260 min dollara satılıb. Satışına bir milyon dollardan start verilən yarış avtomobili orijinal kuzovunu və güc qurğusunu qoruyub-saxlayıb. Peugeot L45 Grand Prix Two-Seater 112 at qüvvəsinə malik olan 4,5-litrlik dörd silindrli mühərrik ilə hərəkətə gəlir. Ehtimallara görə, bu L45 modelinin bizim günlərə qədər gəlib çatan iki nüsxəsindən biridir.

Yarış Peugeot L45 avtomobilin dörd sahibi olub: 1914-cü ildə avtomobili ehtiyat bolidi kimi saxlayan Peugeot şirkəti özü, 1916-cı ildə İndianapolisdə üçüncü yer tutmuş Ralf Malford, 1919-1920-ci illərdə yarışmış Art Klyayn və nəhayət 1949-cu ildə avtomobili öz kolleksiyasına qatan  amerikalı iş adamı Lindley Botsuell. 

Avtomobili əldə edən Botsuell dərhal İndianapolis trekinə yollanaraq, onunla dörd dövrə vurmuşdur. Bu zaman avtomobilin ortalama sürəti 166 km/saat olub. Bundan sonra, 2003 və 2011-ci illədə Peugeot L45 Qodvud sürət festivalı çərçivəsində keçirilən yoxuşa çıxma yarışlarında iştirak edib. 2014-cü ildə L45 Pebbl-Biçdə keçirilən Zəriflik müsabiqəsinə qatılıb.

© Avtosfer

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287