AVTO

Bakıda "Alfa Romeo"nun ilk "SUV"u satışa çıxarılır -QİYMƏT
13 NOYABR
417

Bakıda "Alfa Romeo"nun ilk "SUV"u satışa çıxarılır -QİYMƏT

2017-11-13 18:00:00

“Alfa Romeo”  ilk SUV-u “Stelvio”nun  Azərbaycanda satışına başlanılır. Bununla bağlı Fins.az-a “Fiat Chrysler Automobiles Group”un Azərbaycanda yeni rəsmi dileri “Avtolux Azərbaycan” şirkətindən bildirilib. Məlumata görə, noyabr ayının 16-da  markanın ilk krossoverinin Azərbaycanda  təqdimatı baş tutacaq.

Qeyd edək ki, “Avtolux Azərbaycan” hələlik modelin qiymətini açıqlamayıb. Xarici bazarda isə “Stelvio” qiyməti 41 min dollardan başlayır. Xərcləri də nəzərə alsaq, avtomobilin Azərbaycan bazarında 80 min manatdan aşağı satılmayacağı gözlənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291