AVTO

Bakıda yeni Toyota Prado təqdim edildi
10 NOYABR
1469

Bakıda yeni Toyota Prado təqdim edildi

2017-11-10 12:49:00

Bu gün Nardaranda yerləşən Sea Brees istirahət mərkəzində yeni Toyota Land Cruiser Prado avtomobilinin təqdimatı keçirilib.

Fins.az xəbər verir ki, yeni Toyota Prado 5-ci nəslin restaylinq versiyasıdır. Toyota Prado yeni xarici görünüş alıb, daha müasir və rahatdır. Avtomobilin erqonomik və rahatlığı ilə seçilən sürətlər qutusu və yeni dizaynda cihazlar paneli özündə 8 düyüm olan Toyota Touch 2 multi-media sistemi, Optitron spitometri, 4,2 düyümlük multi-informasiya displeyini birləşdirir.

Eləcə də bax:  Yeni “Toyota Prado”nun Bakıda satış tarixi və qiyməti məlum oldu – FOTO+VIDEO

Komplektasiyafan asılı olaraq model 2.7 litr, 4.0 litr benzin və 3.0D dizel mühərriklər ilə təchiz olunur. Sürətlər qutusu 5 və 6 pilləli avtomatdır.

Avtomobilin qiymətinə gəlincə, yeni Toyota Pradonun qiyməti 43900 dollardan başlayır. Ən lüks təchizatlı  komplektasiya  74700 dollara  təklif olunur. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287