AVTO

Vaxtında dayanmaq: Hansı ara məsafəsi daha təhlükəsizdir ? – QANUNLA İZAH
10 NOYABR
231

Vaxtında dayanmaq: Hansı ara məsafəsi daha təhlükəsizdir ? – QANUNLA İZAH

2017-11-10 09:45:00

Sürücülərin bir neçə daimi mövzusu vardır. Bunlardan biri qarşıdakı avtomobillə ara məsafəsidir. Eyni istiqamətli yollarda (Nobel pr, Heydər Əliyev pr, Z. Bünyadov pr-i və s) baş verən qəzalar məhz ara məsafəsinin düzgün  saxlanılmamasına görədir. İnsan gözü məsafə ölçmək üçün "ölçü cihazı" olmadığına görə bunu metrlə bilməyiniz məsləhətdir. Adətən sürücülərə bunu iki yolla izah edirik. Ya metr və ya avtomobilin ölçüsü ilə.

Gəlin elə öncədən daim olan bir situasiyanı gözdən keçirək. Qarşıda gedən avtomobil qəflətən sürəti aşağı salır və dayanır. Nə qədər ara məsafəsi saxlasaq biz həmin avtomobili vurmarıq ?
İlk olaraq qanundan danışsaq, qanun bizə deyir ki, : Yol Hərəkəti Haqqında Qanun III. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

Lakin qanun bizə neçə metrlik ara məsafəsi saxlamağını demir. Bunu təlimçilərin öhdəsinə buraxır. Təlimçini Aqil Rəhimov olsa , siz qurtuldunuz.
Qayıdaq situasiyamıza. Quru havadır, yay şinləridir və hərəkət sürətiniz saatda 100 km-dir. 14-16 duymluq təkərlərdə əyləc yolu 36 metrdən 42 metrə qədərdir. Bu rəqəm şinlərdən və avtomobilin xüsusiyətlərindən asılı olaraq dəyişir. Adətən bu 40 metr olur. Bu hələ son deyil. Bir 5 metr asfaltın xüsusiyətinə görə əlavə edək. Niyə ? Çünki asfalt örtüyü yeni çəkildiyi zaman daha hamar və ya sürüşkən olur. Və alınan rəqəm bizim dayanma məsafəmizdir. Biz hələ burda sizin rekasiyanızı nəzərə almadıq. Maneənin görülməsi,ayağın qazdan çəkilərək əyləcə qoyulması, əyləcə təzyiq və əyləc sisteminin sabit işləməsi. Bütün bunlara 2 saniyəniz gedir. Saatda 100 km sürətdə avtomobil 56 metr gedəcək. 40-ın üzərinə 56 gəlirik. Və saatda 100 km sürətdə ən aşağı ara məsafəsi 96 metr olmalıdır.

Qarlı və şaxtalı havalarda hərəkət sürəti 30 km olarsa, dayanma məsafəsi 9.5 metrdən 19 metrə qədər dəyişir. Bu zaman ara məsafəsi 26-36 metr olaraq seçilməlidir. Lakin qarlı və buzlu havada idarə etdiyiniz avtomobilin təkərləri qış təkərləri deyilsə, bu zaman həmin məsafəni 2-ə vurun. Metrlə ara məsafəsi saxlamaq çətindirsə avtiomobil misalında deyək. Bir "Volkswagen Jetta" ortalama 4.5 metrdir. Artıq alınan rəqəmlə neçə "Jetta" boyda məsafə saxlamaq lazımdır onu hesablamaq sizə asan olacaq.
Əlbətdə rəqəmlər aşağı yuxarı avtomobilin xüsusiyətindən asılı olaraq bir neçə metr dəyişə bilər. Buraya həmçinin sizin avtomobilə baxmağınızdan da çox şey asılıdır. Məsələn: əyləc mayesinin dəyişdirilməsi, əyləc qəliblərinin saz vəziyyətdə olması və s.
Həmçinin bu ara məsafəsini sıx hərəkət zamanı saxlamaq çətin olacaq. Çünki bu ara məsafəsinı kimsə gəlib girəcək. Bu zaman sizə sıx hərəkətdə ara məsafəsini saxlamaq barəsindəki məqaləmiz kömək olacaq. Onu isə sabah oxuya bilərsiniz. Yuxarıda dediyimiz ara məsafəsini isə eyni istiqamətli olan Ziya Bünyadov və ya Nobel pr-də bu ara məsafəsini saxlamaq olar.
​Əlavə olaraq ara məsafəsinə gecə vaxtı da riayət edilməlidir. Nə qədər məsafədə ?
Avtomobilinizin işıqlarının gecə vaxtı düşdüyü yerin sərhədinə qədər. Çünki qaranlıq hava hər şeyi gizlədə bilər. Əgər sizin avtomobilin yaxınvuran işıqları 50 metr məsafəni işıqlandırırsa, sürəti 80 km-dən artıq etmək məsləhət deyil. Avtomobilinizin sürətini ölümdən daha sürətli etməyin.

© Avtostop.tv

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287