AVTO

Avtomobil istehsalçısı təşkilati-hüquqi formasını dəyişir
08 NOYABR
108

Avtomobil istehsalçısı təşkilati-hüquqi formasını dəyişir

2017-11-08 11:31:00

Neftçala Sənaye Məhəlləsində “Iran Khodro” şirkəti ilə birgə avtomobil zavodu inşa edən “Azərmaş” MMC təşkilatı-hüquqi formasını dəyişir. Fins.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, şirkət bundan sonra QSC formasında fəaliyyət göstərəcək. Bununla əlaqədar, “Azərmaş”ın nizamnamə kapitalı 200 dəfə artırılaraq 2 min manata çatdırılacaq. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 1 000 ədəd səhm hesabına formalaşacaq. Xatırladaq ki, “Azərmaş” bu il fevralın 23-də yaradılıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, mənzil 21, qanuni təmsilçisi isə Rüfət Abdul oğlu İsmayılovdur.

© REeport

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291