AVTO

Cəsuslar yeni nəsil BMW X5 modelinin prototiplərini yaxalayıblar
08 NOYABR
336

Cəsuslar yeni nəsil BMW X5 modelinin prototiplərini yaxalayıblar

2017-11-08 10:48:00

Bu günlərdə yeni nəsil BMW X5 modelinin yüngül kamuflyaja bürünmüş prototipi Spartanburq yaxınlığına cəsusların obyektivlərinə tuş gəlibdir. Qeyd etmək lazımdır ki, kamuflyaj panelləri ilə örtülmüş əvvəlki prototiplər ilə müqayisədə yeni prototiplər modelin eksteryeri barədə daha çox məlumat əldə etməyə imkan verirlər. Şəkilləri Carscoops saytı dərc edib.

Prototiplərin dərc edilmiş fotoşəkillərindən göründüyü kimi, yeni X5 krossoveri daha iri formalı “böyrəklərə” malik olacaqdır. Prototipin təchiz edildiyi ön fənərlər də onların seriya modelinə məxsus olduğunu göstərir. Qeyd etmək lazımdır ki, cəsuslara iki prototipi çəkmək nəsib olmuşdur ki, onlardan birinin də Liserlight texnologiyalı ön fənərlərə malik olduğu diqqətə çarpır.

Bundan başqa, həmin prototipin M Performance idman dəsti ilə təchiz edildiyi də görmək olar. Buna mavi rəngli əyləc supportları və iki rəngli təkər diskləri, həmçinin aerodinamik kuzov dəsti işarə edir. Üstəlik, yeni krossoverin sələfindən daha iri ölçülərə sahib olacağı da nəzərə çarpır. Digər tərəfdən, kamuflyajın yeni nəsil X5 modelinin aqressiv dizaynını gizlətmək iqtidarında olmadığını da söyləmək gərəkdir.

Məlumdur ki, yeni nəsil BMW X5 krossoveri, Bavariya istehsalçısının 5-Series və 7-Series modellərinin istehsalında istifadə etdiyi CLAR modul platformasında inşa ediləcəkdir. Yeni platformadan istifadə edilməsi növbəti nəsil X5 modelinin sələfindən daha yüngül və sərt kuzova malik olacağından xəbər verir. Şaiyələrə inansaq, yeni krossoverin sələfindən 250-300 kiloqram yüngül olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287