AVTO

Xarici avtomobillərin aksiz vergisi artırılsın! – TƏKLİF
08 NOYABR
938

Xarici avtomobillərin aksiz vergisi artırılsın! – TƏKLİF

2017-11-08 10:22:00

"Siqaret və alkoqollu içkilərin idxalına tətbiq edilən aksiz vergilərinin gələn ildən etibarən iki dəfə artırılması məhsulların yerli istehsalını stimullaşdırmağı hədəfləyir". Fins.az xəbər verir ki, bunu AzVision.az-a “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib. Ekspert bildirib ki, aksiz vergilərinin artırılması Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə yerli məhsulların istehsalını stimullaşdırmağa dair hökumətin müəyyən etdiyi starategiyaya uyğundur. "Hesab edirəm ki, bu addımlar Azərbaycanda son illər şərabçılığın və tütünçülüyün inkişafında baş verən pozitiv prosseslərlə əlaqədardır. Bundan sonra da digər yerli məhsulların istehsalını stimullaşdırmaq üçün belə addımların atılması vacibdir.

Məsələn, bu gün Azərbaycanda yerli avtomobil istehsalını artırmaq üçün yaxşı zəmin formalaşıb. Naxçıvandan sonra Gəncə və Neftçalada avtomobil zavodlarının mövcudluğu yerli istehsalın artırılmasına təkan verəcək. Nəhayət, öz ölkəmizin istehsalı olan avtomobillərdən kütləvi şəkildə istifadə edə biləcəyik. Təbii ki, burada yeni yaranan avtomobil istehsalı sənayesini daha sürətlə inkişaf etdirmək üçün hökumətin daxili bazarı qorumasına ehtiyac olacaq. Bu isə ilk növbədə idxal olunan xarici avtomobillərə tətbiq edilən aksiz vergilərini bir neçə dəfə artırmaqla mümkün ola bilər. Daxili avtomobil sənayesini qorumaq və stimullaşdırmaq sahəsində qonşu İran və Türkiyədə kifayət qədər yaxşı təcrübə mövcuddur. Hər üç zavod tam gücü ilə işləməyə başladıqdan sonra Azərbaycan iqtisadiyyatına böyük töhfə verə bilər. Digər tərəfdən idxal olunan xarici avtomobillərə aksiz vergilərinin dediyimiz şəkildə artırılması yeni avtomobil zavodlarının tikintisi üçün stimul rolunu oynayacaq".

Fikrət Yusifov bildirib ki, xaricdən gətirilən içki və tütün məmulatlarının qiyməti ən azından aksiz vergilərinə uyğun şəkildə artacaq.

Maliyyə naziri Samir Şərifov büdcə müzakirələrində bildirib ki, manatın ucuzlaşması idxal olunan alkoqollu içkilərin və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, aksiz vergisinin azalmasına səbəb olub. Nazir qeyd edib ki, növbəti ildən alkoqollu içkilərə tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291