AVTO

Sürücülərə nömrə ilə bağlı vacib xəbər – Buna görə dəyişməyə ehtiyac yoxdur
07 NOYABR
3459

Sürücülərə nömrə ilə bağlı vacib xəbər – Buna görə dəyişməyə ehtiyac yoxdur

2017-11-07 16:38:00

Son günlər sürücülər arasında avtomobilin dövlət nömrə nişanının tez bir zamanda dəyişdirilməsinin vacibliyi barədə xəbərlər yayılıb. Bununla bağlı çoxsaylı suallar ünvanlanır. Bildirilir ki, guya Baş Dövlət Yol Polisi İdarəsi (DYP )üzərində cip olmayan, eyni zamanda, bayrağı dalğalı vəziyyətdə olan nömrələrin dəyişdirilməsi, əks halda belə sürücülərin cərimə ediləcəyi barədə göstəriş verib. Lakin Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, cip-i olmayan və ya bayrağı dalğalı olan nömrəyə görə kiminsə cərimə ediləcəyi barədə heç bir göstəriş verilməyib: “Nömrələrlə bağlı konkret olaraq bir müddət əvvəl açıqlama verildi və orada da qeyd olundu ki, yalnız standartların tələblərinə cavab verməyən, xüsusilə defis simvollarının üstü ağardılmış hissələr xüsusi boyalarla rənglənməklə nöqsanlar aradan qaldırılsın. Amma çip dediyimiz elektron daşıyıcının olmaması standartın pozulması halı kimi qiymətləndirilmir. Biz bununla bağlı da dəfələrlə məlumat vermişik ki, kiminsə dövlət qeydiyyat nişanı tam standarta uyğundursa, vacib deyil elektron daşıyıcı var, ya yox, cipi olmayanlar da standarta uyğundur. Sadəcə nə vaxtsa nömrəsini dəyişsə, o halda ona yeni elektron daşıyıcılı nömrə veriləcək. Yaxud, kimsə öz istəyi ilə nömrəni dəyişmək istəyirsə - solub, yararsız hala düşüb, artıq bərpası mümkün deyil - ola bilər kimdəsə nömrənin müəyyən hissəsi qopub, ya harasısa əzilib, başqa boya ilə işıqqaytarıcı hissəyə ağ boya vurub, o halda dəyişə bilər. Amma konkret olaraq çipə və ya bayrağın formasına görə nömrənin dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Kimin nömrəsi standarta uyğundursa, normaldırsa, işıqqaytarıcısı yerindədirsə, əziyi, pozuntusu yoxdursa, bunları dəyişməyə ehtiyac yoxdur.

Biz yalnız ağardılmış defislərin üzərinə xüsusi qara boya çəkib standarta uyğunlaşdırmağa görə xəbərdarlıq etmişik”.

© Avtosfer.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287