AVTO

Elektrik avtomobilləri durmadan artacaq – PROQNOZ
07 NOYABR
139

Elektrik avtomobilləri durmadan artacaq – PROQNOZ

2017-11-07 11:17:00

2040-cı ildə yollarda 266 milyon ədəd elektrik avtomobili olacaq. Fins.az-ın məlumatına görə, bu barədə OPEK-in hesabatında bildirilir.

2015-ci ildə yaydığı hesabatda 2040-cı il üçün 46 milyon ədəd elektromobil olacağını təxmin edən OPEK sonuncu məruzəsində bu rəqəmi 6 dəfə artıraraq 266 milyon göstərib.

Elektrik avtomobili sənayesində müşahidə olunan canlanma digər qurumları da proqnozlarını dəyişdirməyə məcbur edir. Belə ki, Beynəxalq Energetika Agentliyi 2030-cu il üçün daha öncə 23 milyon ədəd elektromobil olan proqnozunu artıq 58 milyon göstərir. "Exxon Mobil" isə 2040-cı il təxminini 100 milyon ədəd (bundan əvvəl 65 milyon) qeyd edib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291