AVTO

Azərbaycanda ən çox satılan avtomobil açıqlanıb
07 NOYABR
495

Azərbaycanda ən çox satılan avtomobil açıqlanıb

2017-11-07 10:14:00

Böyük Britaniyanın "Park Indigo" şirkəti dünyada ən populyar avtomobillərin siyahısını açıqlayıb.

Fins.az xəbər verir ki, müvafiq infoqrafika şirkətin saytında dərc olunub.

"Toyota Hilux" markalı avtomobil dünyanın 25 ölkəsində ən çox satılan avtomobildir. İkinci yerdə "Volkswagen Golf" markalı avtomobil qərarlaşıb ki, ona daha çox Avropa ölkələrində tələbat var. İlk üçlüyə daxil olan "Toyota Land Сruiser" daha çox Afrika və Yaxın Şərqdə məşhurdur.

Şimali Amerikanın dəyişməz lideri "Ford F-150" markalı avtomobildir.

Tədqiqatlara əsasən, Rusiyada ən çox satılan avtomobil ünvanını "Hyundai Solaris" qazanıb. 

Azərbaycanda ən çox satılan avtomobil "LADA 4x4"-dür.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291