AVTO

Bu cərimə qanundan çıxarılır – SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR
06 NOYABR 2017
3330

Bu cərimə qanundan çıxarılır – SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR

2017-11-06 12:16:00
Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə cəzanı nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır.
Fins.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur.
Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır.
Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.
Layihəyə əsasən, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılır.
 
Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300