AVTO

Bu sürücülər üçün 50-300 manatlıq cərimələr başlayır...
31 OKTYABR
1177

Bu sürücülər üçün 50-300 manatlıq cərimələr başlayır...

2017-10-31 10:55:00

Yük avtomobilləri və avtobusların texniki baxışdan keçmə müddəti (Oktyabrın 31-də) başa çatır. Avtosfer.az xəbər verir ki, texniki baxışdan keçməyən fiziki şəxsləri 50 manat, vəzifəli şəxsləri 100 manat, hüquqi şəxsləri isə 300 manat məbləğində cərimə gözləyir. Sürücülər bununla bağlı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə müraciət etməlidirlər.

Qeyd edək ki, yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri aralığında keçirilir. İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.

© Avtosfer.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291