AVTO

Burada qayda pozan neçə sürücü var?
31 OKTYABR
537

Burada qayda pozan neçə sürücü var?

2017-10-31 10:37:00

Qarşınızda adi bir yolayırıcıdır. Zolaqlar üzərində hərəkət edən sürücülər müvafiq istiqamətdə hərəkət edirlər. Zolaqlarında işarə olmayan sürücülər təbii ki, getmir və növbələrini gözləyirlər. Və sualımız belədir: Burada neçə qayda pozan var?

Tramvay yolları yolla eyni səviyyədədir. Tramvay yolu olmayan 4 zolaqlı yola hərəkət istiqaməti zolaqlar üzrə müəyyən edilib.

Gəlin, hər bir sürücünü ayrıca təhlil edək.

1 nörmrəli sürücü:

Cərimələnməyə ilk namizəd. Təbii ki,1.18 xətti ilə hərəkət etməyə ona 5 nömrəli avtomobil mane olur. Amma bu o demək deyil ki, qaydanı pozmaq lazımdır. Axı 1.18 nişanlanması hansı istiqamətdə getmək lazımdır ona işarə verir.

2 nömrəli sürücü:

Bir qədər qəribə dönmə olmasına baxmayaraq, burada qayda pozuntusu yoxdur.Geriyə dönmə icazə verilən siqnalda və yolayrıcından kənarda baş verir. Burada əsas şərt qarşıdan gələn avtomobili buraxmaqdır.

3 nömrəli sürücü:

Daha bir qayda pozan sürücü. Bu sürücü sola dönmək istəyir. Svetoforun qadağanedici siqnalında dayanıb. Bu tıərəfdən qaydanı pozmur. Lakin o, bunu yolun bu hissəsində etməli deyildi. 1.18 zolaqlar üzrə hərəkət nişanı olmadığına görə, sürücü sola tramvay xəttinin üzərindən dönməlidir.

4 nömrəli sürücü:

Qaydalara uyğun hərəkət edir.

5 nömrəli sürücü:

Svetoforun icazə verən siqnalında düzgün istiqamətdə dönür. Dönməni tam qaydalara uyğun edir. 

Beləliklə, 1 və 3 nömrəli sürücü qayda pozmaq üzrə "ixtisaslaşıblar".

©avtostop.tv

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291