AVTO

Yol kimindir? – QANUNLA İZAH
30 OKTYABR
306

Yol kimindir? – QANUNLA İZAH

2017-10-30 09:03:00

Yolayrıcını keçmək belə baxadna problem deyil. Sadəcə svetofora baxırsan, nişanlara diqqət edib yoluna davam edirsən. Amma diqətli olsaq görərik ki, bir çoxları bəzi nüansları diqqətdən kənarda saxlayıblar. Daha mürəkkəb vəziyyətdə sürücülər bir çox halda çaşıb qalırlar.

Qarşımızda T şəkilli yolayrıcıdır. Və burada tramvay yolu da var. Tramvay və yük avtomobişli baş yolla hərəkət edirlər. Onlara əks istiqamətdə (həmin baş yolda) yol təssərüfat avtomobili sayrışan işıqları yandırmaqla gəlir. Sol tərəfdə (tramvay və yuk maşını istiqamətində) ikinci dərəcəli yolla minik avtomobili yaxınlaşır.

İndi isə svetoforun göstəricilərinə diqqət edin. Sizcə yol kimindir?

Tramvay, yük avtomobili və yol xidməti avtomobilləri svetofordakı oxla hərəkət edirlər. Bu ox əlavə seksiyada əsas qırmızı işıqla bərabər yanır. Bu o deməkdir ki, onlar svetoforun əsas yaşıl işığında minik avtomobilinə yol verməlidirlər. 

Yol təssərüfat avtomobilinin sayrışan işığı üstünlük hüququ tanımır və hər hansı təhlükə haqqında xəbərdarlıq etmir. Sarı və ya narıncı rəngli sayrışan işıq bu avtomobillər yalnız aşağıdakı halda qoşula bilər:

  • Tikinti,təmir , yollara baxılması, nasaz avtomobillərin yüklənməsi
  • İriqabariotli yüklərin daşınması, partlayıcı, tezalışan,radioaktiv məhsullar və xüsusi təhlükəli yüklərin daşınması
  • İriqabaritli və təhlükəli yüklərin daşınması zamanı müşayət
  • Velosipedçilərin avtomobil yollarında məşqi zamanı onların müşayət edilməsi

Nəticədə, bu yolayrıcını ilk olaraq minik avtomobili keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287