AVTO

İngiltərədə potensial sürəti 1600 km/saat olan avtomobil sınaqdan keçirilib – VİDEO
27 OKTYABR
233

İngiltərədə potensial sürəti 1600 km/saat olan avtomobil sınaqdan keçirilib – VİDEO

2017-10-27 09:50:00

Ötən gün İngiltərənin Kornuoll yarımadasının Nyukvey şəhərciyinin aerodromunda səsdən sürətli "Bloodhound Supersonic Car" avtomobilinin ilk sınağı baş tutub.

Fins.az  Report-a istinadən xəbər verir ki, avtomobilin sınağına 3 mindən çox insan tamaşa edib.

Raketə bənzər "Bloodhound SSC" bolidi sınaq zamanı 322 km/saat sürət yığıb. Avtomobil yuxarıda göstərilən sürətə 8 saniyəyə çatıb. Maşına 135 min at gücündə olan "Eurofighter Typhoon" qırıcısının mühərriki qoyulub.

Bir neçə ildən sonra avtomobilin sürətinin 1600 km/saata çatdırılması planlaşdırılır ki, bu da səsin sürətini üç dəfə üstələyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291