AVTO

Bu da yeni "Galendewagen" – FOTO
23 OKTYABR
3032

Bu da yeni "Galendewagen" – FOTO

2017-10-23 14:24:00

Mercedes-Benz şirkəti Mercedes-AMG G65 yolsuzluq avtomobilin Final Edition adlı vida xüsusi seriyasını təqdim edib. Xüsusi modifikasiya, ən güclü ofroderin istehsalının sona çatması şərəfinə 65 nüsxəlik məhdud sayda tirajla buraxılacaq.

Xüsusi seriyadan olan ofroderlər adi avtomobillərdən bürünc rənginə boyanmış 21-düymlük təkər diskləri, gümüş rəngli əyləc supportları və kuzova vurulan stikerlər ilə fərqlənir. Bundan başqa, ön bamperdə, radiator barmaqlığında, güzgülərin gövdələrində və ehtiyat təkərinin örtüyündə bürünc elementlərə rast gəlmək olar.

Mercedes-AMG G65 Final Edition modelinin interyerinin tərtibatında bürünc rəngli tikişləri olan qara rəngli dəridən və karbondan hazırlanmış dekorativ elementlərdən istifadə edilib. Avtomobil isitməli və havanandırmalı multikonturlu oturacaqlar, həmçinin idman sükan çarxı ilə də təchiz olunub. Xüsusi seriyadan olan ofroderlər 630 at qüvvəsi və 1000 Nm fırlanma anına malik olan V12 biturbo mühərriki və yeddi pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Bərkgedən ofroder 100 km/saat sürətini 5,3 saniyəyə toplayır. Onun maksimal sürəti 230 km/saat həddində məhdudlaşdırılıb.

Yeni nəsil G-Class modelinin bu ilin sonunda debüt edəcəyi gözlənilir. Yeni avtomobilin konstruksiyasında alüminiumun tətbiqi ofroderin çəkisinə 200 kiloqram qənaət etmək imkanı verib. G-Class yeni ön asqıya və elektromexaniki sükan gücləndiricisinə sahib olacaqdır.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287