AVTO

2020-ci ilədək 2 yeni marka istehsal edəcək
20 OKTYABR
359

2020-ci ilədək 2 yeni marka istehsal edəcək

2017-10-20 14:53:00

Volkswagen qiymətləri 5 min avro və 8-10 min avro arasında dəyişəcək iki yeni model ilə aşağı qiymət seqmentinə daxil olur. Skoda ilə çalışacaq Volkswagen, alınacaq nəticələrə görə əməliyyatı digər bölgələrə də genişləndirməyi düşünür. 

Volkswagen, hələ yer almadığı aşağı qiymət seqmentinə daxil olmağı planlaşdırır.  Fins.az xəbər verir ki,  "Handelsblatt" qəzetinin xəbərinə görə, bu plan çərçivəsində 2020-ci ildə iki yeni model bazara çıxardılacaq.

Hindistan üçün 5 min avro, Çin üçün də iki idman modelinin 8-10 min avro arasında qiymətə malik olması gözlənili.

Volkswagen, istehsal üçün qrup markalarından Skoda ilə işləyəcək, ancaq yeni avtomobillər tamamilə fərqli bir marka adı altında satılacaqdır.

Aşağı qiymət seqmentində avtomobillər üçün Skoda-nın ildə 400 - 500 min ədəd istehsal edə biləcəyi qeyd edilir. Yeni modellərin digər bölgələrdə də satılması ehtimalı var. 

Skoda-nın marka rəhbəri Bern Maier verdiyi açıqlamada "Tədarükçülərlə ilk görüşlər keçirilib və təhlillərimiz nəticəsində qərar verəcəyik",- deyib. Çin bazarındakı ortağın isə FAW olması gözlənilir.  

Avqust ayında Skoda və Tata arasında iş birliyi texniki və maliyyə cəhətdən istənilən nəticələri vermədiyi üçün dayandırılmışdı. Suzuki ittifaqı da uğursuz olmuşdur. 

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285