AVTO

Daha bir avtomobil markası Azərbaycana gəlir – EKSKLÜZİV
19 OKTYABR
1308

Daha bir avtomobil markası Azərbaycana gəlir – EKSKLÜZİV

2017-10-19 12:57:00

Daha bir avtomobil markası Azərbaycana gəlir. Söhbət əvvəllər pərakəndə şəkildə satılan Çin markası “FAW”dan gedir. Yeni markanın Azərbaycanda satışını “Sirena Motors” şirkəti həyata keçirməyi planlaşdırır. Bu barədə Fins.az-a şirkətin marketinq meneceri Eyyub Hüseynob bildirib. Onun sözlərinə görə, “Sirena Motors” marka və model baxımından satış çeşidlərini artırmaq niyyətindədir. Digər tərəfdən, müştərilər hələ də yeni iqtisadi vəziyyətə uyğunlaşa bilmirlər və daha ucuz qiymətə geniş komplektasiyalı avtomobil almaq istəyirlər. Ona görə də sərfəli qiymət təklif edən avtmobil şirkətləri ilə danışıqlar aparılır. O qeyd edib ki, “FAW” kefiyyət baxımından digər Çin markaları “Changan” və “Haval”dan geri qalmır. Bununla belə, bu avtomobillərin satışını daha aşağı qiymətlə təşkil etmək mümkündür. Bunu nəzərə alaraq hazırda “FAW” şirkəti ilə avtomobillərin qiyməti ilə bağlı danışıqlar gedir: “İstəmiyiz ondan ibarətdir ki, zavodla stabil qiymətlərlə bağlı razılığı gələk və bu avtomobilləri Azərbaycan bazarında 18-24 min manata satışa çıxaraq. Hazırda bununla bağlı danışıqlar davam edir. Razılaşmanın nəticəsi dekabr ayında məlum olacaq”.

Qeyd edək ki, buna qədər Azərbaycanda “FAW” avtomobillərinin qeyri-rəsmi satışı olub. 2014-cü ildə satılmayan 50 yaxın “FAW” avtomobilinin satışını “Sirena Motors” həyata keçirmişdi.

Müəllif: Rahim Tarıverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285