AVTO

Forma 4 arayışı nədir və qəza zamanı lazımdırmı?
17 OKTYABR
446

Forma 4 arayışı nədir və qəza zamanı lazımdırmı?

2017-10-17 11:55:00

Sosial şəbəkələrdə qəza baş verdikdən sonra DYP-dən forma 4 arayışının alınmaması və vacib olmaması ilə bağlı bir post yayılıb. Və bu postu oxuyanda belə məlum olur ki, deyəsən axı qəza haqqında DYP-dən forma 4 arayışı lazım deyil. Elə ona görə buna aydınlıq gətirmək qərarına gəldik. Forma 4 arayışı nədir və nə zaman alınmaldır?!

Bebəliklə, ilk olaraq hadisə baş verdikdə sürücü nə etməlidir ona toxunaq.

İlk olaraq sürücü hadisə barəsində DYP-ə məlumat verməlidir. Əgər hadisə baş veribsə və sürücü yalnız sığortaya məlumat veribsə, sığorta şirkəti də DYP-ə məlumat ötürməlidir. Yox əgər sürücü yalnız DYP-ə hadisə barəsində məlumat veribsə, o zaman DYP də öz növbəsində sığorta şirkətinə sığorta hadisəsi barəsində məlumat verməlidir. Onu da qeyd edək ki, sığorta şirkətinə məlumat hər hansı bir formada verilə bilər (zəng, sms, məktub və s.).

Gələk bu "Forma 4" məsələsinə.

Qaydalara əsasən sığorta hadisəsinin baş verməsini araşdıran səbəb olduqda, sığorta şirkəti bu barədə DYPİ-nə sorğu göndərməlidir. Və hadisənin olması, rəsmiləşdirilməsi ilə bağlı məlumatı (Forma 4) DYP-nin şöbəsi 10 gün ərzində sığorta şirkətinə göndərməlidir. Bu müddət 10 gündən artıq olmalı deyil. Təbii ki, praktikada həftələtlə uzanan proses gedir. Yənu sığorta şirkəti hadisənin təsdiqi ilə bağlı DYP-dən forma 4 arayışını istəyə bilər.

Bəs hansı hallarda forma 4 arayışı tələb edilmir ?

1. Qəza zamanı bədən xəsarəti alan yoxdursa.

2. Zərər miqdarı 1000 manat civarındadırsa.

3. Hadisə zamanı təqsirli şəxs barəsində mübahisə yoxdursa.

Sonunca bədnə uyğun olaraq əgər qarşı tərəf günahını boynuna almasa, bu zaman DYP-dən mütləq təsdiqləyici sənəd forma 4 arayışı lazımdır. Bunu mütləq yadınızda saxlayın ki, yuxarıda dediyimiz bu 3 halda sığorta şirkəti DYP-dən forma 4 arayışını istəməyə bilər. Amma daha ağır qəzalar və zərərlər zamanı, mütləq belə bir arayış lazım olacaq. Yeri gəlmişkən bu nə sığorta, nə də DYP-nin kəşfi deyil. Bu dünyada tədbiq edilən praktikadır. Sığorta hadisəsi mütləq təsdiqlənməlidir. Bu təsdiqləyici sənəd olmasa, sığorta dələduzluğu üçün münbir şərait yarana bilər.

Həmçinin, sığorta forma 4 arayışını nə üçün istəyir?

Hadisə baş verdikdən sonra sığorta şirkəti üçün subroqasiya (çəkilən xərcin geri alınması) imkanı yaranır. Subroqasiya qaydasının tədbiqi üçün mütləq məhkəməyə hadisənin baş verməsi və günahkar şəxsin müəyyən edilməsi lazımdır. Sığorta şirkətində günahkarın qol çəkməsi məhkəmə tərəfindən mənbə kimi qəbul edilmir. Və sığorta şirkəti subroqasiya hüququndan istifadə etmək istədikdə, DYP-dən forma 4 arayışını tələb edə bilər.

Bizim cəmiyyətdə sığorta ilə bağlı biliklər çox zəifdir. Son zamana qədər mənim də bildiklərim çox deyildi. lakin araşdırdıqca hüquqularımızı bilə bilərik. 

Özünüzə sığorta seçərkən, sükan arxasında olduğu kimi diqqətli olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291