AVTO

"Dizellə işləyən maşınların sayı artır, benzinlə azalır"
12 OKTYABR
441

"Dizellə işləyən maşınların sayı artır, benzinlə azalır"

2017-10-12 18:32:00

"Hazırda dünyada yeni bir tendensiya başlayıb. Getdikcə dizellə işləyən maşınların sayı artır, benzinlə işləyən maşınlar isə əksinə azalır".

 Bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammiti çərçivəsində sualları cavablandıran SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.

T.Qəhrəmanovun sözlərinə görə, Azərbaycanda da bu tendensiyanın güclənməsi mümkündür:

 "Təxmini hesablamalara görə, dizellə işləyən avtomobillərin sayı 1,5 dəfə artacaq. Ona görə, qorxmaq lazım deyil. Əgər bizim əlavə xammala ehtiyacımız olsa, onu yerli bazardan təmin etməyə çalışacağıq. Həmçinin, nefti xarici bazardan beynəlxalq qiymətlərə alıb onu emal edib ixraca yönəldə bilərik".

 © Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296