AVTO

Dövlətə məxsus avtomobillər 450-4700 manata satışa çıxarılır
09 OKTYABR
1785

Dövlətə məxsus avtomobillər 450-4700 manata satışa çıxarılır

2017-10-09 11:19:00

Əmlak Məsələləri Dövlət Komitəsi 07 noyabr 2017-ci il tarixdə hərraca 9 nəqliyyat vasitəsini çıxardacaq.

Fins.az xəbər verir ki, nəqliyyat vasitələrindən 4-ü KAMAZ-dır. Kamazların ilkin start qiyməti 4500-4680 manat arasında dəyişir.

MAZ-5549, Moskvich İJ-2715, UAZ-3303, Tofaş Şahin avtomobilləri də hərraca çıxardılacaq. Onların start qiyməti 450-1200 manat arasındadır.

Həmçinin hərraca Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin QAZ minik avtomobili də satışa çıxarılacaq. 1986-cı il istehsalı olan bu avtomobil 20 min manat start qiymətilə təklif olunur. Avtomobil 183852 km məsafə qət edib.

Qeyd edək ki, hərracda iştirak üçün 10% beh tələb olunur.

Avtomobillərlə bu linkdən tanış ola bilərsiniz:

http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/naezhliyyat-vasitaelaeri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296