AVTO

Azərbaycanda avtomobillər vergiyə cəlb edilə bilərmi? – AÇIQLAMA
09 OKTYABR
364

Azərbaycanda avtomobillər vergiyə cəlb edilə bilərmi? – AÇIQLAMA

2017-10-09 09:34:00

200 minlik avtomobillə 5 minlik avtomobil sürənlərə eyni vergini tədbiq etmək olmaz. Türkiyədə nəqliyyat vasitəsi sahibləri ildə iki dəfə avtomobil vergisi (Motorlu Taşıtlar Vergisi) ödəyir. Bu sıraya avtomobil, motosiklet, təyyarə, helikopter, gəmi, ümumiyyətlə, mühərriki olan bütün nəqliyyat vasitələri daxil edilir. Bu vasitə sahibləri hər il yanvar və iyul aylarında dövlətə avtomobil vergisi ödəyirlər. Verginin hesablanması isə nəqliyyatın növü və ilinə görə dəyişir.

 Maraqlıdır, Azərbayanda avtomobil vergisi tədbiq oluna bilərmi?

Fins.az  xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda da avtomobillərə görə xeyli vergi var: “Xaricdən gətirilən avtomobillə bağlı aksis və ƏDV vergisi, yanacağın üstündə ödənilən yol vergisi bu sıraya daxildir. Bir də, bizdə hüquqi şəxslərin mülkiyyətində olan avtomobillərə görə əmlak vergisi var idi. Lakin bu vergi 2017-ci ildə ləğv edildi. Dünyanın bir çox ölkələrində avtomobillər əmlak olaraq vergiyə cəlb olunur. Həmin vergini avtomobillərin dəyəri, mühərrik həcmi və markasına görə tədbiq edirlər. Azərbaycanda avtomobil vergisi tədbiq olunsa, gərək əhalinin aztəminatlı təbəqəsinə təsir etməsin. Yəni, 200 min manatlıq avtomobillə 5 min manatlıq avtomobil sürənlərə eyni vergi tədbiq etmək olmaz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287