AVTO

Yağışlı havalarda maşında bunlara diqqət edin – SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
06 OKTYABR
493

Yağışlı havalarda maşında bunlara diqqət edin – SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

2017-10-06 10:25:00

Soyuq, yağışlı və qarlı havalar sürücülər üçün problemlər yaradır. Mütəxəssislər deyir ki, qəzaların qarşısını almaq, ciddi texniki problemlərin baş verməməsi üçün avtomobilləri soyuq hava rejiminə hazırlamaq lazımdır. Mövzu ilə bağlı avtomobil ustası Əli Sultanov deyib ki, əsas maşının təkərləri yoxlamadan keçməlidir: ""Şpor"lar normadan aşağı olmamalıdır. “Şpor”lar həddindən artıq yeyilibsə, “avtovlizinq” keyfiyyətini itiribsə, sürüşmə ola bilər. Həmçinin, təkərlərin təzyiqi nisbətən aşağı salınmalıdır”.

Usta deyir ki, təkərlərlə yanaşı, donmanın qarşısını almaq üçün mütləq antifrizdən (soyuducu maye) istifadə olunmalıdır: “Antifiriz mütləq dəyişilməlidir. Onu ölçmək lazımdır ki, mənfi neçə dərəcəyə qədər dözə bilər”.

Havalar soyuduqca isidici sistem işə keçir. Usta deyir ki, isidici sistemlər mütləq texniki nəzarətdən keçməlidir.

© Mətbuat.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296