AVTO

Azərbaycanda iri “Kitayski SUV” istehsal olunacaq – FOTO+VİDEO
22 SENTYABR
773

Azərbaycanda iri “Kitayski SUV” istehsal olunacaq – FOTO+VİDEO

2017-09-22 15:30:00

Azərbaycanda iri “Jeep” istehsalı olacaq. Söhbət yeni “Naz-Lifan” modelindən gedir. Bu barədə Fins.az-a Naxçıvan Avtomobil Zavodunun direktor müavini Polad Sadıxov deyib. O bildirib ki, hazırda yeni model istehsalına başlamaq bir qədər çətindir. Bununla belə yeni “Lifan” SUV-u “X80” modelinin istehsalı üzrə Çin şirkəti ilə danışıqlar gedir: “Razılaşma olarsa, ilin sonundan etibarən Naxçıvan Avtomobil Zavodunda bu modelin də istehsalı olacaq”.

P.Sadıxov bildirib ki, “X80” bundan əvvəl zavodda yığılan “X60” modelindən böyükdür və 7 yerlikdir. Yanacaq sərfiyyatı ekonomdur.

Xarici avtomobil ekspertləri ilk dəfə bu ilin may ayında Şanxay avtomobil sərgisində nümayiş etdirilən “Lifan X80”in “Toyota Highlander”in oxşarı olduğunu bildirirlər. Avtomobil 190 at gücündə 4 silindirli 2.0 l turbo mühərriklə təhciz edilib. Orta yanacaq sərfiyyatı 8,5 litr təşkil edir. SUV-un həm avtomat, həm də mexaniki sürət qutulu versiyası var.

Avtomobilin qiymətinə gəlincə, Çin və Rusiya bazarında 16 min dollara satılır.

Qeyd edək ki, “Naz –Lifan X80” Azərbaycanda istehsal ediləcək ən böyük SUV olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288