AVTO

"Hyundai" "Mercedes-Benz" və "BMW"də bu yenilikləri “axmaqlıq” adlandırdı
21 SENTYABR
1258

"Hyundai" "Mercedes-Benz" və "BMW"də bu yenilikləri “axmaqlıq” adlandırdı

2017-09-21 12:46:00

Belə bir bəyanatıla, Cənubi Koreya istehsalçısının idman bölümü olan N bölümünə başçılıq edən Albert Birman çıxış edib. Bu xəbəri Avstraliyanın Drive nəşri yayıb. “Bizdə pnevmatik asqı, aktiv stabilizatorlar və yaxud yolu “hiss edən” kameralar yoxdur. Bunlar axmaq şeylərdir.Əvəzində bizim möhkəm platformamız, avtomobillərimiz rəqiblərimızdəkindən ağır olsa da, tonnlarla yüksək möhkəmlikli poladımız və tənzimlənən amortizatorlarımız vardır. Vəssəlam!”, - Birman bildirib. Yüksək vəzifəli mütəxəssisin sözlərinə görə, lyuks seqmentindəki texnologiyaların əksəriyyəti “marketinq” və “KİV-lərdə səs-küy yaratmaq üçün bəhanədir”.

“Onlardan əksər hissəsindən istifadə olunmur, qırılması halında isə alıcı üçün ağır yükə çevrilir” – Birman əlavə edib. Hyundai şirkətində belə elektronikanın əvəzinə sadə, lakin etibarlı texnologiyalar üzərində işləməyi daha doğru olacağını hesab edirlər.

“Biz Namyanqdakı tədqiqat və işləmələr mərkəzində 30 min kilometr, Nürburqrinqdə isə 10 min kilometr test sınaqları həyata keçiririk, - Albert Birman söyləyib. – İnanmıram ki, istehsalçılardan hansısa bunu etsin. Çox güman ki, Porsche və Ferrari belə edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297