AVTO

Yeni “Toyota Prado”nun Bakıda satış tarixi və qiyməti məlum oldu – FOTO+VIDEO
19 SENTYABR
2455

Yeni “Toyota Prado”nun Bakıda satış tarixi və qiyməti məlum oldu – FOTO+VIDEO

2017-09-19 15:58:00

Frankfurt avtomobil sərgisində təqdim edilən 4-cü nəsil “Toyota Prado” noyabr ayında Bakıda təqdim ediləcək. Bu barədə Fins.az-a “Toyota Bakı Mərkəzi”nin PR meneceri Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, 2018-ci il model “Toyota Prado” 4-cü nəsil istehsalının ikinci restaylinqidir. Bu isə daha geniş və komfortlu avtomobil deməkdir. Yeni restaylinq versiya daha mükəmməl, daha dinamik və aqressiv görünür.

Avtomobilin həm interyerində, həm də eksteryerində bir çox dəyişikliklər edilib. Bunlara yeni radiator barmaqlığını, faraları, yenilənmiş kapot və digərlərini misal göstərmək olar. Bundan əlavə, avtomobilin hündürə qalxma və enmə iş bucağı artırılıb.

Yeni “Prado”da kruiz kontrol, toqquşmaların qarşısını alan, qəfil çıxan piyada xəbərdarlığı kimi Safety Sense sistemi quraşdırılıb. Belə ki, avtomobilin qarşısında, yanlarında hər hansı maneə varsa sistem bununla bağlı dərhal xəbərdarlıq edir. Və yaxud sürücü maneə ilə məsafəni özü qeyd edirsə, avtomobil həmin məsafədə maneəyə yaxınlaşan kimi dərhal avtomatik əyləcləmə sistemi işə düşür.

E. Cəfərov bildirib ki, yeni “Prado” 3 versiyada Azərbaycanda satışa çıxarılacaq. 2.7l və 4.0 l benzin və 2.8 l dizel mühərrikli versiyalar təqdim ediləcək. Bu növ mühərriklər ilə avtomobil 0-dan 100 km/saat həddinə kimi 12.7 saniyəyə sürətlənir. İlkin olaraq 2.7 l mühərrikli versiya Bakıya gətiriləcək. Avtomobilin qiymətinin komplektasiyadan aslı olaraq 40-50 dollar arasında olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297