AVTO

Bakıda yeni Çin maşını zavod endirimi ilə satışa çıxarıldı – QİYMƏT
18 SENTYABR
7983

Bakıda yeni Çin maşını zavod endirimi ilə satışa çıxarıldı – QİYMƏT

2017-09-18 15:50:00

Bakıda yeni Çin avtomobilinin satışına başlanılır. Söhbət yeni “Changan Alsvin V7” modelindən gedir. Çin avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi “Sirena Motors” şirkətindən Fins.az-a verilən məlumata görə, “Alsvin V7” modelinin rəsmi təqdimat mərasimi sentyabr ayının 20-də “Sirena Motors”un Gəncə şəhərində yerləşən sərgi satış salonunda baş tutacaq. Həmin günü həmdə Sirena Motorsun Gəncə sərgi satış salonunun rəsmi açılış mərasimi olacaq.

“Alsvin V7” 125 at gücündə 1.6 l mühərriklə təhciz edilib. Sedan 100 km məsafəyə 7 litr yanacaq sərf edir. Avtomat transmissiyalı avtomobil Avro 4 standartlarına uyğundur.

Təhcizatına gəlincə, avtomobilin 2 hava yastığı,EBD+ABS sistemi,elektrikli şüşəqaldıranları, yan güzgülərin elektrik tənzimlənməsi,mərkəzi kilid sistemi, kondisioner, bort kompyuter, muman əleyhinə faraları, xrom paket, yüngül lehimli diskləri, Radio,CD,MP3, və sükan çarxında audio kontrol sistemi var.

Avtomobilin qiyməti 24800 manat təşkil edir. İlk 20 avtomobil isə zavod endirimi ilə 22 800 manata təklif edilir.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285