AVTO

Azərbaycanda avtomobil benzini istehsalı 7% artıb
15 SENTYABR
139

Azərbaycanda avtomobil benzini istehsalı 7% artıb

2017-09-15 17:52:00

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 748,9 mln. manat olub.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, istehsalın dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,9% azalıb.

Hesabat dövründə 783,8 min ton avtomobil benzini istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründən 7% artıqdır.

Bu il sentyabrın 1-nə 11 min ton avtomobil benzini ehtiyatı olub.

İlin səkkiz ayı ərzində 124,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 22,8 min ton sürtkü yağları, 130,8 min ton neft bitumu, 137,2 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 3,8%, sürtkü yağlarının istehsalında 3 dəfə, neft bitumunun istehsalında 16%, neft koksunun istehsalında 13% artım qeydə alınıb.

Hesabat dövründə 392,5 min ton ağ neft, 1 215,9 min ton dizel yanacağı, 252 min ton yanacaq mazutu istehsal edilib.

Ağ neftin istehsalı 5,9%, yanacaq mazutunun istehsalı 39,5%, dizel yanacağının istehsalı 18,5% azalıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293