AVTO

Bu avtomobillər yenidən Azərbaycana qayıdır- EKSKLÜZİV
12 SENTYABR
651

Bu avtomobillər yenidən Azərbaycana qayıdır- EKSKLÜZİV

2017-09-12 09:33:00

Çin avtomobil markası yenidən Azərbaycana qayıdır. Söhbət bir neçə il əvvəl Azərbaycanda satışı olan “Jac” markasından gedir. Bu barədə Fins.az-a müsahibəsində “Sirena Motors” şirkətinin marketinq meneceri Eyyub Əliyev deyib.

O bildirib ki, qarşıdakı illərdə də digər Çin markalarını Azərbaycana gətirməyi planlaşdırırlar:” Hazırda işləmək istədiyimiz 4-cü brend digər Çin markası “Jac”dır. “Jac”ın Azərbaycanda həm minik, həm də yük avtomobillərinin satışı olub. Amma bu fəaliyyət pərakəndə olub. Artıq “Jac”la danışıqlar gedir, müqavilə bağlamaq ərəfəsindəyik.

Yəqin ki, “Jac”la rəsmi əməkdaşlığa başlayacağıq”. Onun sözlərinə görə, razılıq əldə olunduqdan sonra “Sirena Motors” 2018-ci ildən yeni markanın Azərbaycanda satışına başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285