AVTO

Bakıda Porsche-nin butik salonu açıldı
11 SENTYABR
167

Bakıda Porsche-nin butik salonu açıldı

2017-09-11 09:56:00

10 Sentyabr 2017-ci il tarixində, Almaniyanın Porsche avtomobil markasının Azərbaycanda rəsmi idxalçısı "Əfəndilər" şirkəti Bakının mərkəzində “Porsche City Center” adlı butik salonu istifadəyə verib. Salon Neftçilər prospekti, 111 ünvanında  (Kukla teatrının yaxınlığı) yerləşir.

Fins.az xəbər verir ki, salonda Porsche avtomobilləri, Porsche Driver’s Selection geyim və aksessuarlar kolleksiyası nümayiş olunur. Porsche müştəriləri uzağa getmədən bu salonda öz Porsche-sini seçə bilər.

Qeyd edək ki, Azərbaycanda Porsche avtomobillərinin əsas satış mərkəzi olan Porsche Bakı Mərkəzi mərkəzdən kənarda, Mikayıl Əliyev küç.,7 ünvanında (Bakı Neft ) fəaliyyət göstərir. 

Açılış rəmzi olan qırmızı lenti kəsən şirkət nümayəndəsi Fuad Əliyev öz çıxışında bildirib: “Bu salon Porsche avtomobilləri ilə maraqlananların rahatlığı üçün təşkil olunmuşdur. Biz əminiki ki, yeni salonumuz, Porsche avtomobillərinin Azərbaycanda daha da tanınmasında və öz əvəzolunmaz, qeyri-adi cazibəsini əks etdirməsində xüsusi rol oynayacaqdır”.

Porsche AG- Almaniyanın avtomobil şirkətlərindən biridir və baş ofisi Ştutqart şəhərində yerləşir. Şirkətin əsası məşhur konstruktor Ferdinand Porşe tərəfindən 1931-ci ildə dizayn-büro kimi qoyulmuşdur. Hal-hazırda isə Porsche, 718, 911, Panamera, Macan və Cayenne modellərini istehsal etməkdədir.

“Əfəndilər” MMC  2006-cı ildən Porsche AG-nin Azərbaycanda rəsmi idxalçısıdır. Porsche avtomobillərinin satışını, texniki xidmətini və ehtiyat hissələri ilə təminatını Mikayıl Əliyev, 7 ünvanında 3S mərkəzində (Porsche Bakı Mərkəzi) və Neftçilər prospekti, 111 ünvanında 1S salonda həyata keçirməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294