AVTO

BMW şirkəti X7 krossoverinin carçısını Frankfurtda nümayiş etdirəcək
08 SENTYABR
315

BMW şirkəti X7 krossoverinin carçısını Frankfurtda nümayiş etdirəcək

2017-09-08 13:03:00

Dərc edilmiş şəkillərdən göründüyü kimi, iri ölçülü krossover böyük radiator barmaqlığına, qapı səthi ilə eyni səviyyədə olan qapı dəstəklərinə və şaquli formalı gündüz hərəkət işıqlarına malikdir. Arxada isə, bir müddət bundan öncə yenilənmiş X4 kupe-krossoverindəə gördüyümüz üslubda olan nazik arxa fənərlər mövcuddur. Bundan başqa, havalandırma dəlikləri olan arxa bamper də nəzərə çarpır. Əlbəttə ki, xüsusi dizayna malik olan təkər disklərini də yaddan çıxarmaq olmaz.

Fins.az xəbər verir ki, konseptin salonunda da Bavariya markasına xas olan dizayn üslubu açıq-aydın hiss olunur. Burada futurustik formalı sükan çarxına, virtual cihazlar panelinə və multimedia sisteminin iri displeyinə rast gələmək olar.

Böyük ehtimalla, prototip alman istehsalçısının arsenalında olan çoxsaylı müasir sistemlərlə təchiz edilb. Bu sahədə yeniliklərin olacağı da şübhəsizdir.

İlkin olaraq, X7 krossoverinin seriya variantının yanacaq elementləri ilə qidalanan güc qurğusu ilə təchiz ediləcəyi güman edilirdi. Lakin, deyəsən bir qədər tələsmişik. Krossoverin seriya variantı 740e iPerformance modelindən tanış olan və tərkibinə dörd silindrli benzin aqreqatı, elektromotor və 9,2 kilovat-saatlıq litium-ion batareyalar dəsti daxil olan hibrid güc qurğusu ilə təklif ediləcəkdir.

Çox güman ki, X7 modelinin mühərrik çeşidinə 335 at qüvvəli 3,6-litrlik altı silindrli TwinPower Turbo və 445 at qüvvəli 4,4-litrlik TwinTurbo Turbo V8 benzin mühərrikləri daxil ediləcəkdir.

Eyni zamanda, dizel mühərrikli BMW X7 xDrive 40d modifikasiyasının olması da istisna edilmir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293