AVTO

Yeni S-Class kupe və kabriolet təqdim edildi
07 SENTYABR
303

Yeni S-Class kupe və kabriolet təqdim edildi

2017-09-07 10:39:00
"Mercedes-Benz" S-Class-ın yenilənmiş kupe və kabriolet versiyalarını təqdim edib. Fins.az xəbər verir ki, avtomobillərin rəsmi debütü sentyabrda Frankfurt avtosalonunda olacaq.

Avtomobillər yeni V8 mühərriki, arxa OLED faraları əldə edəcək və xarici görünüşü də yenilənəcək. İnteryerdə 12.3 düymlük cihaz paneli və yeni Comand multimedia sistemi quraşdırılacaq. Kupe və kabrilolet S-Class sedanda olduğu kimi altı proqramdan (Freshness, Warmth, Vitality, Joy, Comfort və Training) ibarət olan Energizing sistemi əldə edəcək. Bu proqramın funksiyalarına salonun işiqlandırma rəngini dəyişmək, oturacaqların tənzimlənməsi, klimat-kontrol və digər funksiyalar daxildir.

Yenilənmiş modellərin qiymətləri hələ ki, məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285