AVTO

Bakıda 6 litr yanacaq işlədən “KİA” satışa çıxarılır –QİYMƏTLƏR
31 AVQUST
1968

Bakıda 6 litr yanacaq işlədən “KİA” satışa çıxarılır –QİYMƏTLƏR

2017-08-31 14:39:00

Cənubi Koreya markası “Kia” Bakıda yeni modelini satışa çıxaracaq. Söhbət 5 qapılı yeni “Kia Rio” modelindən gedir. “Kia Motors Azərbaycan”dan Fins.az-a verilən məlumata görə, yeni “Rio”nun görüşünü tamamilə yenilənib və sələfindən fərqlənir.

Bununla belə mühərrik dəyişməyib. Avtomobil 4 silindirli 100 at gücündə 1.4 l benzin mühərriklə təhciz edilib. Avro 5 standartına uyğun olan yeni “Rio”nun qarışıq yanacaq sərfiyyatı isə 5,7 l təşkil edir.

Avtomobilin Azərbaycan bazarına noyabr ayının sonunda çıxarılacağı gözlənilir. Qiymətinə gəlincə, komplektasiyadan aslı olaraq 32-34 min manata satılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293