AVTO

İkinci əl avtomobillər yenidən bahalaşdı
28 AVQUST
442

İkinci əl avtomobillər yenidən bahalaşdı

2017-08-28 11:22:00

İstənilən markada və qiymətdə maşın var, amma alıcı tapılmır. Maşın bazarında bir neçə həftədir ki, qiymətlərin qalxması bazarda durğunluq yaradıb. Satıcılar deyir ki,maşınların qiyməti əvvəlki aylara nisbətən 1500 manata qədər bahalaşıb.Elə buna görə də bazara gələn qiyməti soruşub gedir.

Son bir neçə ildir ki ,ən çox satılan azhəcmli mühərriki olan alman avtomobilləri də alıcısız qalıb. Bu avtomobillərə hər zaman tələbat olduğundan qiymətlər də ən çox bu maşınlarda artıb.Alıcılar isə daha çox dizellə işləyən avtomobillərə üstünlük verir.

Həftələrlə bazarda münasib qiymətə avtomobil axtarıb tapa bilməyənlər də var. Bir neçə həftə öncə normal qiymətə təklif edilən maşınların birdən birə bahalaşması alıcıları da şoka salıb.

Ekspertlər isə bildirirlər ki potensial alıcıların çoxu münasib qiymətə istədikləri avtomobili internetdəki elanlar vasitəsi ilə alır. Çünki, həm əlvaə xərclər həm də adətən alverçilərin vasitəçiliyi olduğundan bazarlarda qiymət yüksək olur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295