AVTO

Yük maşınları elektriklə 500 km yol gedəcək
28 AVQUST
114

Yük maşınları elektriklə 500 km yol gedəcək

2017-08-28 10:05:00

"Tesla"nın həyəcanla gözlənilən yeni elektrikli yük maşınının detalları konkretləşməyə başlayıb. Elektrikli yük maşını bir dəfə batareya doldurulması ilə 400-500 kilometr yol gedə bilir. Fins.qaz xəbər verir ki, ötən günlərdə "Model 3" ilə bütün diqqətləri üzərinə çəkən "Tesla" bu dəfə də yük maşını istehsalı ilə gündəmə gəlib. "Tesla" şirkətinin icraçı direktoru İlon Mask bildirib ki, maşının təqdimatı sentyabr ayında olacaq. Qeyd edək ki, artıq ABŞ və Avstraliya kimi "Tesla"nın əsas hədəfi olan ölkələrin hər birində yanacaq doldurma məntəqələrində elektrikli maşınlar üçün enerji bərpaetmə aparatları da qoyulub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293