AVTO

Benzinlə işləyən, yoxsa hibrid avtomobillər? – SORĞU
25 AVQUST
312

Benzinlə işləyən, yoxsa hibrid avtomobillər? – SORĞU

2017-08-25 11:17:00
"ACT Azərbaycan”  19 aprel - 1 may tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edir. Bakıda avtomobillərin sayı artdıqca yanacağa tələbat və yollarda tıxaclar da artır. Bundan başqa, avtomobillərdən xaric olan zəhərli qazlar ekologiyanı korlayır. Avtosfer.az xəbər verir ki, bütün sadalananların qarşısını almaq üçün inkişaf etmiş ölkələrdə qənaətli və azlitrajlı nəqliyyat vasitələrindən, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərdən istifadə olunur. Bəs paytaxt əhli avtomobil dünyasında baş verən son texnoloji nailliyyətlərdən xəbərdardırmı ?
Sorğu nəticəsində məlum oldu ki, böyük əksəriyyət hibrid avtomobillərin mövcudluğundan xəbərsizdir (73%).
“Avtomobil alarkən hansını seçərsiniz - ənənəvi, yoxsa alternativ enerjiylə çalışanını?” sualına böyük əksəriyyət cavab verə bilməyib (45%). Cavab verənlər isə benzinlə işləyən ənənəvi avtomobilləri tərcih ediblər (31%).
Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9%-dir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294