AVTO

Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək
25 AVQUST
250

Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

2017-08-25 11:13:00

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə avqustun 26-da Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək.

Fins.az-ın məlumata görə, tədbirdə 1980-ci ilədək istehsal olunan 100-dən çox klassik avtomobil iştirak edəcək. Bunlar yürüş üçün qeydiyyatdan keçən avtomobillər, həmçinin, Heydər Əliyev Mərkəzində nümayiş olunan Klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələridir.

Yürüş avqustun 26-da saat 16.00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək. Klassik avtomobillər Heydər Əliyev Mərkəzi - Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi - Vaqif prospekti - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Akademik Lev Landau küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Mehdi Hüseyn küçəsi - Teymur Elçin küçəsi - Mixail Lermontov küçəsi - Niyazi küçəsi - Azneft meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti -Heydər Əliyev Mərkəzi marşrutu üzrə yürüş edəcək və sonda mərkəzin parkında sərgilənəcək. 

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 26-da saat 15.30-da mərkəzin qarşısında olmalıdır. 

Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295