AVTO

Bakıda 2012-ci ildən satılmayan yeni avtomobillər ucuzlaşdı - QİYMƏTLƏR
23 AVQUST
7632

Bakıda 2012-ci ildən satılmayan yeni avtomobillər ucuzlaşdı - QİYMƏTLƏR

2017-08-23 11:12:00

Bakıda 2012-ci ildən satılmayan avtomobillər ucuzlaşıb. Söhbət Azərbaycanda o qədər də məşhur olmayan Fransa markası “Citroën” avtomobillərindən gedir. Markanın Azərbaycanda rəsmi təmsilçisi “Baku Motors”dan Fins.az-a verilən məlumata görə, hazırda satış salonunda olan 12 ədəd 2012-2015-ci il model  avtomobil var. Modeldən aslı olaraq avtomobillərə 1000-1500 manat endirim edilir.

Əvvəl 30 min manata satılan “Citroën C3” indi 28500 manata təklif edilir. 40 min manatlıq “Citroën DS4” indi 39 min manata satılır. “Citroën C5” modelinin qiyməti 49 min manatdan  47500 manata düşüb. Premium  model “Citroën DS5” avtomobili isə min manat endirimlə 55 min manata təklif edilir.

“Baku Motors”un satış meneceri Nazim Əsədov bildirib ki, avtomobilləri  50% ilkin ödənişlə 1 illik faizsiz kredit  şərtilə almaq da mümkündür.

Satış menecerinin sözlərinə görə, stokda olan avtomobillər satılmadığı üçün yeni modellər gətirilməyib. Bununla belə 2018-ci ildən yeni modellərin satışı planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293