AVTO

Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlandı
15 AVQUST
423

Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlandı

2017-08-15 14:30:00

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilib. Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən minik avtomobillərinin istehsalı 72% azalıb.

2017-ci ilin birinci yarısında cəmi 21 ədəd avtomobil istehsal edilmişdi. Beləliklə, İyulda cəmi 9 ədəd minik avtomobili istehsal olunub.

01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd təşkil edib. 01.07.2017-ci il vəziyyətinə 126 ədəd hazır məhsul ehtiyatı mövcud idi.

Qeyd edək ki, Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı “Naxçıvan Avtomobil Zavodu”dur.

Məhsul növləri

2017-ci ilin yanvar-iyul aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiya

Traktorlar, ədəd

763

126,7

1

Xüsusi təyinatlı kommunal maşınlar, ədəd

1 770

2,1 d.

349

Yük avtomobilləri, ədəd

2

0,7

-

Minik avtomobilləri, ədəd

30

28,0

133

Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd

2

0,7

-

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294