AVTO

İşlənmiş maşın alanda nəyə fikir vermək lazımdır? – 6 QAYDA
14 AVQUST
3204

İşlənmiş maşın alanda nəyə fikir vermək lazımdır? – 6 QAYDA

2017-08-14 15:53:00

Avtomobil ekspertləri ikinci əl avtomobil alanlara 6 əsas məqama diqqət yetirməyi məsləhət görürlər:

Gövdə/ban (kuzov) zərbəsi testi. Burda avtomobilin ciddi zərbəsi olub olmamağına diqqət edin. Maşın rənglənə bilər, buna muxtəlif cızıqlar və kiçik zədələnmələr səbəb ola bilər, belə rənglənmə normaldır. Hətta tək tək detallar da dəyişə bilər - bu da ciddi bir narahatlıq əmələ gətirmir. Əsas məsələ avtomobil zərbədən öz oxundan çıxmasın və əsas gövdə (kuzov) zədələnməsin.

Güc aqreqatı testi. Burda əsas məsələ mühərrik və sürət qutusudur. Bunları bilən bir adama yoxlatdırın. Əgər sizə heç kəs kömək etmirsə sadəcə mühərrikə qulaq asın, sakit və sabit işləməlidir. Bu sanki musiqiyə bənzəyir, yeni gələndə qaz verib yenə də qulaq asın. Sürət qutusunu sürərək yoxlaya bilərsiniz. Ötürmələr rahat olmalıdı, heç bir səs olmamalıdı. (amma ötürməni hiss edə bilərsiniz bu problem deyil).

Elektronika testi. Bu yoxlamanı etmək üçün sizə mütləq scaner lazım olacaq. Siz tanıdığınız bir ustaya müraciət edə bilərsiniz. Bu çox önəmli bir yoxlamadır. Milli.Az meslehetdir.com-a istinadən bildirir ki, müasir avtomobillər demək olar ki, tam bir elektronik sistemlə idarə olunur. Bütün bu sistemlər vəhdətdə işləyir. Əgər sistemdə ciddi bir problem varsa gələcəkdə sizə ciddi xərclər gətirə bilər. Ona görə bu yoxlama vacibdir.

Düzgün seçim. Bu seçim adətən bir çox insanı çaşdırır. Hamı rahat və ucuz olan maşın istəyir - belə bir şey demək olar ki yoxdur. Avtomobil qiymətlərində bir hədd var, bu qiymət ətrafında siz gərək sizin üçün vacib olan özəllikləri götürəsiniz. Yalnız belə halda siz ən uğurlu seçimi edə bilərsiniz. Məsələn avtomobildə sizin üçün vacib olan 5 şeyi bir vərəqə yazın ondan sonra buna uyğun maşını seçin. Ya da bu işi daha yaxşı bilən şəxslə məsləhətləşin. Yalnız bu halda seçim düzgün ola bilər. Bir şeyi yaddan çıxartmayın: ideal maşın yoxdu, sadəcə sizə uyğun seçim var.

Maliyyələşdirmə. Ən ciddi problemlərdən biridir. Bir çox insan işlənmiş maşından qorxur və gedib yenisini alır. Təbii ki, yeni avtomobil baha olur. Buna çox alıcının maddi imkanı çatmadığına görə kredit alır. Bu isə 3-4 ilə həm maşının qiymətində, həm də yüksək məbləğin faizlərində (maşın təzə idi ona görə) ciddi itki deməkdir. Belə olan hallarda 2-3 yaşında maşın almaq məsləhətdir. Məsələn, şərti olaraq yeni avtomobilin qiymətini 20,000 AZN olaraq götürək. Siz bunu alsanız 3 ilə 30-50 min km sürəcəksiniz, həmin vaxtda satış qiyməti 12-13 min AZN enəcək. Yəni, siz burda 3 ildə ciddi itki verirsiniz. İndi isə tam tərsini düşünün - 2-3 ilin maşınını alırsınız, yürüşü az, texniki cəhətdən əla vəziyyətdə (yuxarıda qeyd etdiyim 1, 2 və 3 nömrəli testləri etmək şərti ilə) amma 12 min AZN. Bunu kreditə də alsanız həm artıq ödəməni həm də faizini ödəməyəcəksiniz (yəni ilkin qiymətdən 20,000 manatdan fərqini). Bu tip maşınlar əgər yoxlanılıb alınıbsa elə yeni maşın qədər yaxşı olur. Narahatçılığa ehtiyac yoxdur.

Servis xərcləri. Təbii ki avtomobili alan onun xərcləri ilə maraqlanır və ehtiyat hissələrinin qiyməti ilə maraqlanır. Bu səhv bir yanaşma tərzidir. Ehtiyat hissələri adətən bir birinə yaxın qiymətdə olur. Belə bir halda ən düzgün xərc hesablanması hər km-ə görə olan xərci hesablamaqdır. Əks halda bu alıcını çaşdıra bilər. Məsələn, o soruşur ki, bu maşının bir hissəsi neçəyədir, cavab 250 AZN olanda, o narahat olur. Halbuki bu maşını almaq istəyən adam bu detalın 100,000 km-dən bir dəyişmə ehtimalı olduğunu bilmir. Bundan əlavə alıcı maşını cəmi ildə 10 min km sürəcək belə çıxır ki bu hissəni o 10 ildən sonra alacaq. Əgər maşın düzgün baxışdan keçirsə, ən ideal servis xərci km-ə görədir. Deməli maşın alanda servis xərcindən qabaq onu nə qədər sürəcəyiniz və hazırki vəziyyətini bilmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293