AVTO

"Baic Group"un prezidenti Azərbaycana gəlir
11 AVQUST
555

"Baic Group"un prezidenti Azərbaycana gəlir

2017-08-11 14:17:00

"Baic Group"un prezidenti Xu Heyi Azərbaycana işgüzar səfərə gəlir. Bu barədə Fins.az-a "Sirena Motors" şirkətinin marketinq meneceri Eyyub Əliyev məlumat verib. Onun sözlərinə görə, səfərin əsas məqsədi "Baic Group"a daxil olan Baic İNTL-in nəznində olan Baic avtomobil zavodunun istehsal etdiyi avtomobillərin Azərbaycan ərazisində satışının növbəti mərhələsini müzakirə etmək və gələcək planlarla bağlı yekun qərar verməkdir. "Baic Group"un prezidentini səfər zamanı Baic İNTL-in prezidenti Dong Haiyang və digər rəhbər vəzifəli şəxslər müşayət edəcəklər. E.Əliyevin sözlərinə görə, Çindən gələn nümayəndə heyəti "Baic Group"un Azərbaycanda yeganə və rəsmi distribyutoru olan "Sirena Motors"un idarə heyətinin üzvləri və Direktoru ilə görüşləri olacaq. Bu görüşlər 13 avqust tarixinə təsadüf edəcək.

Xatırladaq ki, Baic Group nəqliyyat sahəsində təkcə avtomobil istehsalı ilə məşğul deyil, həm də təyyarə istehsal edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296