AVTO

2017-ci ilin ən yaxşı idman avtomobilləri -TOP 10
11 AVQUST
355

2017-ci ilin ən yaxşı idman avtomobilləri -TOP 10

2017-08-11 14:08:00

2017-ci ildə dünyanın ən yaxşı idman avtomobillərinin top-10 reytinqini diqqətinizə çatdırırıq.

Bəlkə də hər bir avtomobil sürücüsü heç olmazsa bir dəfə əsl idman avtomobilinin sükanı arxasında oturmağı arzulayır. Çox məhsuldar güc qurğusunun zəhmli səsi olan cəld sportkarlar şəhər küçələri ilə sürətlə keçib gedir, ətrafındakıları diksinməyə və heyranlıqla donub qalmağa, həmçinin belə avtomobillərin dalınca baxmağa məcbur edir.

Axı ən yaxşı sportkarlar – özündə inanılmaz stil, rahatlıq və güc birləşdirən qəribə nəqliyyat vasitələridir. Sübhəsiz ki, istənilən avtomobil həvəskarı bunu hiss etmək istəyir.

10. Porsche 718 Boxster

Bəlkə də çoxları üstü açıq avtomobilləri lazımi qədər qiymətləndirmir. Porsche premial alman brendindən kabriolet 718 Boxster buna yaxşı misal ola bilər. Bu kompakt idman modeli bütün stereotipləri qırıb, turist gəzintisini və adi səfəri unudulmaz emosiya burulğanına çevirə bilər.
Məlum olduğu kimi, Porsche 718 Boxster 300 a.g. verən məhsuldar oppozit mühərriki ilə komplektləşdirilib. Avtomobil açıq hava altında səfərdən maksimum zövq almaq üçün hər şeyə - rahat salon, möhtəşəm eksteryer dizaynı, effektiv mühərrik və transmissiyaya malikdir. Bundan əlavə, bu modelin qiyməti nisbətən əlverişlidir.

9. Ford Mustang Shelby GT350
Bu, ən yaxşı sportkarların top-10 reytinqinə düşmüş avtomobil, adi Ford Mustang-dan daha güclü bir sportkar arzulayan avtomobil həvəskarları üçün nəzərdə tutulub. Amerika sportkarının sahibinin əmrində 500 a.g.-dən daha güclü bir “ilxı” var.

Bundan başqa, məşhur Shelby firmasının mühəndisləri avtomobilin hərəkət hissəsini yenidən qurublar. Həmçinin avtomobilin aerodinamikası və əyləc sistemi üzərində də işləyiblər. Nəticədə, kupe Ford Mustang Shelby GT350 – planetin ən yaxşı sportkarlarından biridir.

8. Porsche 911 Targa

Nə kupe, nə də kabriolet! Lakin bu heç də ekspertlərin Porsche 911 Targa modelini 2017-ci ilin ən yaxşı sportkarları siyahısına daxil etməklərinə mane olmur. Avtomobil məhsuldar mühərrik, dəqiqləşdirilmiş sükan idarəetməsi və müvafiq surətdə köklənmiş asılqanla təchiz olunmuşdur.

Bütün bunlar kupenin təsirli hərəkət xarakteristikalarını təmin edir. Bundan əlavə, dünyanın ən yaxşı sportkarları kimi Targa banında Porsche 911 çox rahat salon və tam təhlükəsizlik sistemi dəstinə malikdir. Bunlar avtomobilin sahibinə hər bir halda onun öhdəsindən gəlməyə kömək edəcək.

7. Aston Martin DB11

Tamamilə yeni kupe Aston Martin DB11 haqqında danışarkən, bu avtomobilin 2017-ci ilin ən yaxşı sportkarlarının top-10 reytinqində bu qədər aşağı yer tutmasının haqqlı olması barədə çox düşündük?!

Çünki bu avtomobil satışa çıxan kimi demək olar ki, bazarı “partlatdı”! Aston Martin DB11-in 12-silindrli kiçik mühərriki maksimal effektiv hərəkəti təmin edir. Sıfırdan yüzə dörd saniyədən də az vaxt ərzində sürət yığır. Bunlardan da əlavə, 2-qapılı idman avtomobili hal-hazırda Britaniya brendi Aston Martin-in ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirib.

6. Lexus LC 500

2-qapılı yapon flaqman modeli də - 2017-ci ilin ən yaxşı sportkarı - adını almağa layiqdir. Yaponiya premial brendinin məşhur olduğu fantastik eksteryer dizaynı inkişaf etmiş texnologiyalar və çox effektli güc qurğusu ilə uyğunlaşır. Bir qədər əvvəl verilmiş məlumata görə, kupenin ən güclü variasiyası 477-güclü mühərriklə təchiz olunub. Bundan əlavə, avtomobil yüksək sürət zamanı çox davamlıdır. Yüksək manevretmə qabiliyyətinə və əla idarəetməyə malikdir.

5. Nissan GT-R Nismo

Bu yapon avtomobili müntəzəm olaraq planetin ən yaxşı sportkarlarının reytinqinə düşür. Sirr deyil ki, kupe Nissan GT-R Nismo bir çox xarakteristikaları ilə daha zəhmli rəqiblərdən də üstün ola bilər. Məhz buna görə bu avtomobil bizim reytinqin beşinci pilləsində yerləşir.

4. Audi R8

Audi R8 və onun açıq versiyası nəsil dəyişib təkcə bir çox yeni işləmələr əldə etmədi. Həmçinin avtomobil həvəskarlarının qəlblərini fəth etməkdə davam etdi. Kompakt idman avtomobili sıfırdan yüzə 3,6 saniyəyə çatan güclü mühərriklə təchiz olunub. Bu alman avtomobilinin daha bir üstünlüyü rəqiblərinin fonunda daha əlverişli qiymətinin olmasıdır.

3. BMW M6 GT3

Əlbəttə ki, 585-güclü mühərriki olan kupe BMW M6 GT3-ni yol avtomobili adlandırmaq olmaz, çünki o, yarış treki üçün hazırlanıb. Buna baxmayaraq, bu 2-qapılı Bavariya “bədheybəti” 2017-ci ilin ən yaxşı sportkarlarının top-10 reytinqinə düşüb.

Kupe BMW M6 GT3 çox yüngül materialların geniş istifadəsi nəticəsində 1300 kq çəkiyə malikdir. 4,0 litrlik modernləşdirilmiş mühərrikin gücü avtombilə ilk yüzü bir göz qırpımında qət etməyə imkan verir. Bəxti gətirib yarış kupesi BMW M6 GT3-ün sükanı arxasına keçən onun “qorxunc xasiyyəti və çox böyük gücünü” yadda saxlamalıdır.

2. Porsche Cayman GT4

Maraqlıdır ki, bir çox dünya ekspert və analitikləri Porsche Cayman GT4 haqqında danışarkən, onu “alman brendinin tarixdə yaratdığı ən yaxşı avtomobil” adlandırırlar. Avtomobilin altında çox məhsuldar güc qurğusu gizlənib. Bu qurğu kompakt idman avtomobilini 4,4 saniyəyə ilk yüzə çatdırır. Bura istehsalçının məşhur olduğu üslubi və aerodinamik dizaynı da əlavə edin.

1. Mercedes-AMG GT

Bəli, 2017-ci ilin top-10 ən yaxşı sportkarları reytinqinin birinci yerini Mercedes-AMG GT avtomobili tutur. Yeni modelin bir sıra fərqli variasiyaları var və onlar, düzü, bütün xoşbəxt sahibləri heyran edir. Avtomobil yeni mühərriklə komplektləşdirilib. Bu mühərrik modifikasiyadan asılı olaraq 500 a.g.-dən çox generasiya edir. Bunlardan əlavə, real sınaqlar göstərdi ki, Mercedes-AMG GT əla quraşdırılmış şassi sayəsində bütün həmsiniflərini “geridə” qoya bilər.

Modelin təsir edici əyləcləri, oxlar arasında demək olar ki, ideal balansı və zəngin ləvazimatları var. Bununla belə, ekspertlərin dediyinə görə, “avtomobilə baxanda onun BELƏ hərəkət edə biləcəyini təsəvvür etmək mümkün deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0075
  • ₽ RUB
    0.0288