AVTO

“İntel” 100 pilotsuz avtomobil sınaqdan keçirəcək
11 AVQUST
195

“İntel” 100 pilotsuz avtomobil sınaqdan keçirəcək

2017-08-11 10:42:00

İntel” şirkəti 100-dən çox pilotsuz avtomobil yaradaraq ABŞ, İsrail və Avropada sınaqdan keçirəcəyini açıqlayıb.

Fins.az-ın xəbərinə görə, layihə ilə “İntel”in bu yaxınlarda aldığı İsrail şirkəti “Mobileye” məşğul olacaq. İlk avtomobillərin bu ilin sonuna qədər buraxılması nəzərdə tutulub. Şirkətin pilotsuz avtomobil parkı müxtəlif markalardan ibarət və müxtəlif tipdə olacaq.

“İntel”in vitse-prezidenti vəzifəsini tutacaq “Mobileye” rəhbəri Emnon Şaşua bildirib ki, özüidarəolunan avtomobillərin real şəraitdə sınaqları tez müddətdə nəticələr əldə etməyə və texnologiyanın işlənib hazırlanmasını sürətləndirməyə imkan verəcək. O, sınaqlar zamanı coğrafi müxtəlifliyin, fərqli işarələrin, fərqli şəraitin və fərqli idarəetmə stilinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Layihənin məqsədi hər yerdə istifadə edilə biləcək universal özüidarəolunan avtomobilin yaradılmasıdır. Bu avtomobildə “Mobileye”in texnologiyaları – kompüter “gözü”, sensorlar, yol xəritələri və idarəetmə qaydaları “İntel”in platformaları və 5G texnologiyaları ilə birləşdiriləcək.

©Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297